Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı martın 15-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib.

Əvvəlcə “Sədəf” ansamblında çalışmış 44 günlük Vətən müharibəsi şəhidi Toğrul Hacıyev və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra ansamblın ifasında xalq mahnıları, muğam və təsniflər, bəstəkar musiqiləri rəqslər təqdim edilib.

Konsertə solistlərin ifasında sözləri Fikrət Qocaya, musiqisi Ramiz Mirişliyə məxsus “Bayram axşamlarında” mahnısı ilə yekun vurulub.