Martın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bahar gəlir” adlı konsert keçirilib.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova iştirakçıları xalqımızın qarşıdan gələn birlik, həmrəylik və bərəkət rəmzi olan Novruz bayramı münasibətilə təbrik edib. 

Muzeyin şöbə müdiri Ülviyyə Şəmmədova xalqımızın qədim adət-ənənələrini özündə birləşdirən Novruz bayramı haqqında məlumat verib.

Daha sonra BMA-nın professor-müəllim və tələbələrinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertdə bütün ifalar bahara aid şəkillər, filmlərimizdən fraqmentlər və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından ibarət slayd-şou ilə müşayiət olunub.