Şəki Dövlət Dram Teatrı Novruz bayramı ərəfəsində və tətil günlərində uşaqları sevindirmək üçün “Baharın xilaskarları” adlı nağıl-tamaşa hazırlayıb.

Elvin Nuri və Hüseyn Hüseynlinin birgə müəllif işi olan nağıl-tamaşada Bahar qızın xeyirxah dostlarının köməyi sayəsində şər qüvvələrin əlindən xilas edilməsindən bəhs edilir.

Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Mənsur Əzizli, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilova, xoreoqrafı Elvin Nuridir. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aydın Əlibalayev, Nərmin Nəbiyeva, Qurban Rəsulov, Rəşad Rüstəmov, Lalə Məmməd, İlkin Rüstəmov, Arzu Əmirxanqızı və digərləri ifa edirlər.

Şəki teatrında Novruz şənlikləri martın 18-dən 26-dək davam edəcək.