Xalqımızın əziz bayramı Novruzun gəlişi mədəniyyət müəssisələri tərəfindən müxtəlif layihələr, təqdimatlarla qeyd edilir.

Azərbaycan Milli Kitabxanası “Azərbaycan xalq bayramı – Novruz” adlı ənənəvi kitab sərgisi ilə yanaşı oxuculara “Novruz bayramı” adlı elektron məlumat bazasını da təqdim edib.

Bayram ərəfəsində kitabxanada keçirilən tədbirdə Novruzun xalqımızın mədəni irsində, mənəviyyatında xüsusi yeri olduğu vurğulanıb. Milli Kitabxanada hazırlanan sərgidə nümayiş olunan nəşrlərdə də bu barədə ətraflı bəhs olunur.

Kitabxananın təqdim etdiyi elektron məlumat bazası isə “Novruz bayramı”, “Novruz –beynəlxalq bayram”, “Novruz adətləri”, “Çərşənbələr”, “Oyunlar”, “Novruz deyimləri”, “Novruz haqqında nəşrlər” və s. bölmələrdən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/emb/Novruz/index.htm