Bu il Mingəçevir Dövlət Dram Teatrının fəaliyyətə başlamasının 55 ili tamam olur. İşıqlı şəhərin teatrı bununla bağlı tamaşaçılarına maraqlı və yaddaqalan bayram ovqatı vəd edir.

Aprel ayının ilk həftəsində teatrda daxili monotamaşalar festivalı keçiriləcək.

Festivalın açılışına Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının nümayəndələri, respublikanın digər teatrlarından qonaqlar da qatılacaq.

Teatrın binası önündə – açıq havada başlayacaq yubiley tədbirləri tamaşa nümayişləri ilə davam edəcək.