Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mayın 5-də Balakən rayonunda qastrolda olub.

Yaradıcı kollektiv Balakən rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Nurlu ömrün anları” tamaşasını göstərib.

Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu mənzum dram İrəvan teatrında 2013-cü ildə səhnəyə qoyulub. Ulu öndər Heydər Əliyevin həyat yolundan, fəaliyyətindən bəhs edən əsərə müəllif özü quruluş verib.