Mükafatsız qalan olmayıb...


Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə teatr aktyorları arasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən..." adlı bədii qiraət müsabiqəsi keçirilib.

Müsabiqəyə 50-dək müraciət olub. Onların arasından seçilən 11 qiraətçinin (10 teatrın təmsilçisi) çıxışları mayın 3-də ATXİ-də keçirilən dinləmələrdə tanınmış aktyor, bədii qiraət ustası, rejissor və pedaqoqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Mayın 5-də nəticələr elan olunub.

Münsiflər heyətinin qərarı ilə “Sən elə bir zirvəsən...” bədii qiraət müsabiqəsinin nəticələri aşağıdakı kimi müəyyən edilib:

I yer – İzaməddin Bağırov (Sumqayıt Dövlət Dram Teatrı) – diplom və 500 manat pul mükafatı;

II yer – Xanirə İsgəndərova (Şuşa Dövlət Musiqili Dram Teatrı) – diplom və 400 manat pul mükafatı;

III yer – İlkin Mehdiyev (Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı) – diplom və 300 manat pul mükafatı.

Həmçinin münsiflər heyətinin xüsusi diplomuna layiq görülənlər:

Xalidə Şərifova (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) – diplom və 250 manat pul mükafatı;

Rəşad Səfərov (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) – diplom və 250 manat pul mükafatı;

Şölə Alışova (Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı) – diplom və 250 manat pul mükafatı;

Saleh Əzimzadə (Lənkəran Dövlət Dram Teatrı) – diplom və 250 manat pul mükafatı.

Anar Əhmədov (Ağdam Dövlət Dram Teatrı) – iştiraka görə diplom və 200 manat pul mükafatı;

Yusif Həsənov (Qazax Dövlət Dram Teatrı) – iştiraka görə diplom və 200 manat pul mükafatı;

Qaçaq Qarayev (Füzuli Dövlət Dram Teatrı) – iştiraka görə diplom və 200 manat pul mükafatı;

Ramella Rzayeva (Qusar Dövlət Ləzgi Dram Teatrı) – iştiraka görə diplom və 200 manat pul mükafatı.

Beləliklə, müsabiqənin bütün iştirakçıları təltif olunublar.