Mayın 9-da II Dünya müharibəsində faşizm üzərində Qələbənin 78-ci ildönümü tamam olur.

1941-1945-ci illər müharibəsində 600 mindən çox igid oğul və qızımız cəbhəyə yollanıb. Xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq göstərib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.

Faşizm üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxslərinin Qələbə Günü haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Virtual sərgini http://anl.az/el/vsb/9_May_Fasizm_uzerinde_qelebe_gunudur/index.htm linki vasitəsilə izləmək mümkündür.