Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tviter hesabında 9 May – Qələbə Günü ilə bağlı paylaşım edib.

“9 may ‒ II Dünya müharibəsində faşizm üzərində qələbə münasibətilə Azərbaycan veteranlarını təbrik edirəm!” – deyə paylaşımda bildirir.

***

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da sosial şəbəkə hesabında 9 May –Qələbə Günü ilə bağlı paylaşım edib.

İnstaqram səhifəsindəki paylaşımda deyilir: “Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və tərəqqi arzulayıram”.