Mayın 8-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki Bakı Fotoqrafiya Evində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş unikal fotosərgi açılıb.

Sərgidə tanınmış fotoqraflar Rafiq Bağırov, Yaşar Xəlilov, Oqtay Məmmədov və digərlərinin Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkilləri nümayiş olunur.

Sərgi mayın 14-dək davam edəcək.

Qeyd edək ki, Rafiq Bağırov peşəkar həyatının bir çox illərini Ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi çalışıb. Mərhum fotoqraflar Yaşar Xəlilov və Oqtay Məmmədov isə uzun müddət AZƏRTAC-ın fotomüxbiri kimi Ulu öndərin iştirak etdiyi  görüşləri, tədbirləri, xarici səfərlərini fotolentin yaddaşına köçürüblər.