Bu ilin sentyabr ayında “Xınalıq kəndi və Köç yolu”nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq.

Bu barədə məlumat verən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib ki, nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Nominasiya sənədi UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında komitənin iclasında müzakirəyə çıxarılacaq. Nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Xatırladaq ki, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu ölkə başçısının 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə yaradılıb. Qoruqda mədəniyyət və turizm əhəmiyyətli tarixi, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir.