Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət, elm, təhsil işçiləri, ictimai təşkilatların nümayəndələri, Bakı şəhər MKS-lərinin əməkdaşları, oxucular iştirak ediblər.

Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Pənah İmanov, Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Anar Məmmədov, Xətai rayon MKS-nin əməkdaşı Ağgül Mərdanova, Əməkdar müəllim Rüfət Hüseynzadə çıxış edərək Heydər Əliyevin müasir Azərbaycan tarixində müstəsna xidmətlərindən söz açıblar.

Həmçinin “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Heydər Əliyev irsinin təbliğində muzeylərin rolu” və s. mövzularda çıxışlar dinlənilib.

Xalq artisti Şükufə Musayeva Xalq şairi Zəlimxan Yaqubun “Ömrün Heydər zirvəsi” şeirini səsləndirib.

Cəbrayıl rayonu Böyük Mərcanlı tam orta məktəbin şagirdləri Ulu öndərə həsr olunmuş şeirlərdən ibarət kompozisiya nümayiş etdiriblər.

Sonda MKS-nin direktoru Həmidə Məmmədova qonaqlara minnətdarlığını bildirib.