Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Axundov adına Mədəniyyət evində (Xəzər rayonu) “Heydər Əliyev və Türk dünyası” adlı tədbir keçirilib.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə türkdilli dövlətlərin səfirliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə türk xalqlarının mədəni zənginliklərindən, qardaş respublikalar arasında dostluq əlaqələrinin qurulmasında Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərindən bəhs olunub.

Bədii hissədə gənc xanəndə Şirəli Məmmədov, qazaxıstanlı opera müğənnisi Akberen Atabay, xor və rəqs kollektivlərinin rəngarəng ifaları maraqla qarşılanıb.

Sonda qonaqlar Mədəniyyət evinin fəxri fərmanları ilə təltif olunublar.