Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası 4 nömrəli filialla birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirib.

Öncə Dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin müdrik siyasətindən, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirməsindən, müasir Azərbaycan dövlətinin qurulmasından danışıblar.

Bədii hissədə 33 və 10 nömrəli tam orta məktəblərin şagirdlərinin ifasında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər və musiqi nömrələri səsləndirilib.

Sonda iştirakçılar Heydər Əliyevin 100 illiyi ilə əlaqədar hazırlanmış sərgi ilə tanış olublar.