Mayın 17-də Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, “Karvan” art qrupun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Qarabağ” adlı sərgi keçiriləcək. 

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində açılacaq sərginin məqsədi Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalı dövründə dağıdılmış maddi və mədəni irsini, bu coğrafiyanın təbiət gözəlliklərini, tarix-memarlıq abidələrini və etnoqrafik xüsusiyyətlərini bəşər mədəniyyətinin qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Sənətşünas Xanım Rzayevanın kuratorluğu ilə keçiriləcək sərginin ekspozisiyasında “Karvan” art qrupuna üzv olan 13 rəssamın (Cavid Məmmədov (qrup rəhbəri), Əməkdar rəssam Ülviyyə Həmzəyeva, İntiqam Ağayev, Günel Ravilova, İlqar Tahiri, Məhərrəm Əli, Nigar Familsoy, Vüsalə Şərifova, Aynurə Mustafayeva, Ülvi Yadigarlı, Murad Zeynalov, Hüseyn Kəngərli, Rauf Şamilzadə) əsərləri yer alacaq.