Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və professor Sayalı Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” kitabı çapdan çıxıb. ADPU-nun Filologiya fakültəsində kitabın təqdimat mərasimi olub.

Universitetin rektoru professor Cəfər Cəfərov tədbiri açaraq Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb, təqdim olunan kitabın əhəmiyyətini vurğulayıb.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti Həmzə Əliyev məruzə ilə çıxış ediblər.

Sonra iştirakçılara “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” kitabı hədiyyə olunub.