Zaqatala rayon Mədəniyyət Mərkəzində Xalq teatrının hazırladığı Məhərrəm Əlizadənin “Şeyx Rəhmətulla” tamaşasının premyerası olub.

Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir” başlıqlı kitab sərgisi təşkil edib.

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə 5 may – Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Əlillik yaşamaq və yaratmaq üçün maneə deyil” başlıqlı tədbir keçirilib.

Yevlax şəhər Mərkəzi Kitabxananın əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi İldırım Ağayevin doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.

Tovuz Tarix-Diyarşünaslıq Muzeyi rayondakı A.Puşkin adına tam orta məktəbdə “Milli uşaq strategiyası – gələcəyimizə və gəncliyimizə göstərilən dövlət qayğısı” mövzusunda maarifləndirici tədbir keçirib.

Ağsu rayon Mədəniyyət Mərkəzinin şəhər Mədəniyyət evində də Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Əlillik əngəl deyil” mövzusunda tədbir təşkil edilib.

Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin (1908-1994) anadan olmasının 115 illiyi ilə bağlı tədbir təşkil olunub.

Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində gənc rəssam Mehriban Əliyevanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi keçirilib.

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin fortepiano ixtisası üzrə şagirdləri Rəvan Məmmədov (müəllim Kəmalə Novruzova) və Röya İbrahimli (müəllim Kəmalə Hüseynova) “Spring music festival” müsabiqə-festivalında I yerə layiq görülüblər.

Zəngilan rayon Bartaz kənd Uşaq musiqi məktəbinin şagirdi Ruqiyyə Hüseynova Azərbaycan Gənclər İttifaqının keçirdiyi “Arts Olimpia” adlı uşaq incəsənət müsabiqəsində III yerə layiq görülüb.

Nurəddin