Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində gənc rəssamların “Tarix heç nəyi silmir” adlı sərgisi keçirilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə əvvəlcə gənc rəssamlar mərkəzin muzey bölməsində Ulu öndərin büstünü ziyarət ediblər.

Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə rəssamlara, ümumiyyətlə, mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışılıb. Həmçinin "Azərbaycan incəsənətində Heydər Əliyev obrazı" mövzusunda məruzə dinlənilib, rəssamlıq və heykəltəraşlıq əsərlərində Ulu öndərin obrazının bədii-sənətkarlıq xüsusiyyətlərindən söhbət açılıb, əsərləri sərgilənən rəssamlara uğurlar arzulanıb.

Tədbirin bədii hissəsində müxtəlif rəqslər ifa olunub, şeirlər səsləndirilib. Sonda qonaqlar sərgi ilə tanış olublar.