Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Fortepiano, orqan və klavesin kafedrası tələbələrinin iştirakı ilə mayın 16-da Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Dövlət himni səsləndirildikdən sonra tələbələrdən Gülbacı Muradova, Aydın Əliheydər, Ülkər Əsədova, Röya Əliyeva, Fərid Hacıyev, Alsu Cəfərova, Aybəniz Həsən, Səadət Ağasiyeva, Hüseyn Rzayev, Nərmin Həsənli, Aysel Cəfərova və başqaları çıxış ediblər.

Konsert proqramında İ.S.Bax, C.Frank, G.Hendel, K.V.Qlyuk, N.Paqanini, F.Şopen, S.Raxmaninov, A.Skryabin, İ.Abdullayev, A.Məlikov, Ə.Əzizov, C.Hacıyev, T.Quliyev, F.Əmirov və başqa bəstəkarların əsərləri ifa olunub.

Bayram ab-havalı konsert musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.