Mayın 17-də Azərbaycan Milli Konservatoriyasında (AMK) K.Səfərəliyeva adına 16 saylı Uşaq musiqi məktəbinin Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert proqramı təşkil olundu.

Tədbirdə AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimi çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev təhsil sisteminə, mədəniyyətə, mütəxəssis hazırlığına həmişə cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli bir sahəsi kimi yanaşırdı. Mədəniyyətin bütün sahələrinə Heydər Əliyevin diqqəti bu gün də hiss olunur və bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir.

Məktəbin direktoru Fikrət Budaqov musiqi məktəbləri və gənc nəslin estetik tərbiyəsinə dövlətimizin diqqət və qayğısından söz açdı. Vurğuladı ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.

Daha sonra məktəbin xoru, nağaraçalanlar ansamblı, müxtəlif alətlərdə (fortepiano, tar, kamança, fleyta və s.) müəllim və şagirdlərin ifasında konsert proqramı təqdim edildi. Azərbaycan və Avropa bəstəkarları əsərlərinin səsləndiyi konsert alqışlarla qarşılandı.

Lalə Azəri