Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbinin Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hesabat konserti keçirilib.

Ulu öndərin müdrik kəlamları ilə başlayan tədbirdə dahi şəxsiyyətin şərəfli ömür yolu, Azərbaycan tarixindəki müstəsna xidmətləri haqqında məlumat verilib.

Sonra beynəlxalq və respublika müsabiqələri laureatı olmuş şagirdlərin ifasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

***

Baş İdarənin 36 nömrəli Uşaq musiqi məktəbi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Ulu öndərin yubileyi ilə əlaqədar hesabat konserti ilə çıxış edib.

Konsertdən öncə Dövlət himni səsləndirilib və Ümummilli liderin çıxışlarından ibarət videoçarx nümayiş etdirilib.

Daha sonra səhnə məktəblilərin ixtiyarına verilib. Təhsil ocağının müxtəlif alətlər üzrə ifa edən şagirdləri, xor kollektivi və skripkaçalanlar ansamblı Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirib.

***

Baş İdarənin 33 nömrəli Uşaq musiqi məktəbi isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Heydər Əliyevin 100 illiyi münasibətilə hesabat konsertini təqdim edib.

Konsertdə beynəlxalq və respublika müsabiqələrində uğurla iştirak etmiş şagirdlər maraqlı və rəngarəng repertuarla çıxış ediblər.