18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Heydər Əliyev mərkəzlərində “açıq qapı” günü təşkil olunub. Qaradağ rayonunun məktəbliləri Heydər Əliyev Mərkəzində (Lökbatan qəsəbəsi) ekskursiyada olublar.

21, 167, 308 nömrəli tam orta məktəblərin şagirdləri isə Yasamal rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada şagirdlər həmçinin “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş “Ümummilli lider Heydər Əliyev – 100 və Azərbaycan mədəniyyəti” adlı sərgi ilə tanış olublar.

Ekskursiya iştirakçılarına mərkəzlərin fəaliyyəti və Ümummilli liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda tarixi xidmətlərini özündə əks etdirən eksponatlar, fotoşəkil və kitablar haqqında ətraflı məlumat verilib.