Mayın 18-də Respublika Uşaq Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Kitabxana işinin inkişafında Heydər Əliyev irsinin rolu” mövzusunda respublika kitabxanalararası elmi-nəzəri konfrans keçirilib.

Konfransda “Ulu öndər Heydər Əliyev tarixi yaddaşda”, “Heydər Əliyev və Azərbaycanda insan hüquqları üzrə kitabxana- informasiya sisteminin inkişafı”, “Heydər Əliyev Milli Kitabxananın tarixindǝ”, “Kitabxana-informasiya fəaliyyəti sistemində Heydər Əliyevin multikulturalizm siyasətinin əsas məsələləri”, “Kitabxanaların elektronlaşdırılması rəqəmsal cəmiyyətin tələbidir”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Azərbaycanda kitabxana-informasiya fəaliyyətinin inkişafında Heydər Əliyev mərhələsi” mövzularında məruzələr dinlənilib.

Tədbir zamanı Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanmış “Kitabxana işinin inkişafında Heydər Əliyev irsinin rolu” adlı elektron məlumat bazasının təqdimatı olub.

Qonaqlar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə də tanış olublar.