BXA-da bədii təqdimat

 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsi Milli və müasir rəqs, Baletmeyster sənəti, Klassik rəqs və Musiqi sənəti kafedralarının birgə təşkilatçılığı ilə “Kəlağayı – ismət və gözəllik rəmzi” başlığı altında tədbir keçirib.

Tədbirdə Azərbaycan qadınlarının tarixən gözəllik, ismət, ləyaqət rəmzi daşıyan baş örtüyünün özəlliklərindən söhbət açılıb. Azərbaycan kəlağayı sənətinin qeyri-maddi mədəni irs nümunəsi kimi UNESCO-nun siyahısında yer aldığı diqqətə çatdırılıb.

İncəsənət fakültəsi tələbələrinin ifasında bədii proqram – monoloq, rəqs və musiqi çələngi nümayiş olunub. Ü.Hacıbəylinin əsərləri əsasında “Fantaziya”, həmçinin “Bayram rəqsi”, “Gözəlim sənsən”, Ə.Bədəlbəylinin “Qız qalası” baletindən fraqment, “Oyanmış miniatürlər”, T.Quliyevin “Zibeydə”, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından rəqs nömrəsi və “Azərbaycan” musiqili kompozisiyası maraqla qarşılanıb.