İyunun 3-də Xətai Sənət Mərkəzində “Plener əsərlər sərgisi” açılacaq. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş sərgiyə 200-dən çox müəllifin təbiət qoynunda çəkdiyi 500-ə yaxın əsəri təqdim edilib.

Təqdim edilən əsərlər arasından 60-a yaxın rəssamın 79 əl işi sərgidə nümayiş olunacaq. Sərgi üçün seçilən əsərlər bu linkdə: www.yumpu.com/xx/document/read/68036181/plener-2023

Sərgilənmək üçün əsərlər mayın 30-dək Xətai Sənət Mərkəzinə təqdim olunmalıdır. Rəsmləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər. Həmçinin tamaşaçının seçdiyi bir əsərin və münsiflər heyətinin seçdiyi bir əsərin müəllifinə hədiyyə təqdim olunacaq.