Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktoru Xalq artisti Yusif Eyvazovun təşəbbüsü ilə məşhur italyan opera müğənnisi Federico Longhin bir neçə gündür teatrda ustad dərsləri keçir.

İtalyan müğənni öz təcrübəsini bölüşməklə yanaşı, sənət ocağının solistləri ilə fərdi məşğələlər də aparır.

Layihə teatrın yaradıcılıq baxımından kadr potensialının və peşəkarlığın yüksəldilməsinə yönəlib və silsilə şəkildə davam edəcək.