Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 May – Müstəqillik Gününə həsr olunmuş “İstiqlala doğru” adlı tədbir keçirilib.

Muzeydən bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzey əməkdaşları müstəqillik tariximizə dair məruzələrlə çıxış ediblər.

Bədii hissədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Vüqar Hacıyev və tələbələrinin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndirilib.