Mayın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində “Heydər Əliyev İli” çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə növbəti tədbir keçirilib.

Tədbirdə BMA-nın Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının “Musiqi müəllimliyi” şöbəsinin tələbələrinin ifalarında Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərindən ibarət maraqlı proqram təqdim olunub.