Rəsm festivalı altıncı dəfə təşkil edilib

 

29-31 may tarixlərində “Naxçıvan – bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalı keçirilib.

Festivalın açılışında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, millət vəkili Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini Tural Rzayev, muxtar respublika mədəniyyət nazirinin müavini Həsən Kərimov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov çıxış ediblər.

Bildirilib ki, ənənəvi festival bu il Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivala Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rusiya, Finlandiya və Latviyadan 60-dək rəssam qatılıb. Artıq altıncı dəfə reallaşan layihə, mədəniyyətimiz üçün əlamətdar hadisə olmaqla yanaşı, rəssamlar üçün geniş yaradıcılıq imkanları açır.

Mərasimdə muxtar respublikanın mədəniyyət kollektivləri tərəfindən musiqi və rəqs nümunələri təqdim edilib. İştirakçılar rəsm əsərləri ilə tanış olublar.