Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran qəsəbə Mədəniyyət Mərkəzində tanınmış müğənni, bəstəkar, Xalq artisti Məmmədbağır Bağırzadəyə (1950-2005) həsr olunmuş “Xatırlayarsan” adlı anım gecəsi keçirilib.

Tədbirin əvvəlində müğənninin ifasında “Xatırlayarsan” mahnısının lent yazısı səsləndirilib.

Çıxış edənlər Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığı haqqında danışıb, xatirələrini bölüşüblər.

Tədbirdə Xalq artistləri Zaur Rzayev, Nazpəri Dostəliyeva, Əməkdar artist İlkin Əhmədov və digər müğənnilər Məmmədbağır Bağırzadənin bəstələdiyi və repertuarında olmuş mahnıları ifa ediblər.