Azərbaycan Milli Xalça Muzeyində “Şuşanın tanınmış soyları: Şirinbəylilər” adlı tədbir təşkil olunub.

“Şuşanın tanınmış soyları” layihəsi çərçivəsində təşkil olunan tədbirdə qala-şəhərdə ilk şirniyyat sexinin yaradıcısı, Cavanşirlər nəslinin nümayəndəsi Ənnəğı Şirinbəylinin oğlu Şirin bəy Şirinbəyli və ümumilikdə Şirinbəylilər soyu haqqında ətraflı məlumat verilib.

Şirinbəylilər şəcərəsindən olan Azelma Həsənova, Şuşa tarixinin tanınmış tədqiqatçısı, publisist, tərcüməçi Vasif Quliyev, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ilk direktoru olmuş Tofiq Süleymanov və digər çıxış edənlər şəhərin daha bir məşhur nəslinin Azərbaycan tarixindəki yeri və rolu barədə danışıblar. XVIII əsrin ikinci yarısında Şuşanın “Çuxur” adlandırılan ilk məhəlləsində məskən salan Ənnağı bəy Cavanşir və onun ailəsi haqqında maraqlı tarixi faktlar diqqətə çatdırılıb.

Sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Milli Xalça Muzeyində açılan “Tarixin salnaməsi” sərgisi ilə tanış olub, Milli sərvətimiz” adlı sənədli filmi izləyiblər.