Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri Qazaxıstanda onlayn keçirilən “Europe-Asia Festival” adlı II beynəlxalq incəsənət müsabiqə-festivalında iştirak ediblər. Xədicə Əhmədova fortepiano ixtisası üzrə 11-13 yaş kateqoriyasında I dərəcəli diplomla və Cemre Biter 8-10 yaş kateqoriyasında II dərəcəli diplomla təltif olunublar. Hər iki şagirdi müsabiqəyə Nərminə Əliyeva hazırlayıb.

Məktəbin digər şagirdi Mələk Məstiyeva (müəllim Mehriban Əsgərova) Qazaxıstanda onlayn keçirilən “Diverti Mento” adlı II beynəlxalq pianoçu və orqan ifaçıları müsabiqəsində fortepiano ixtisası üzrə 11-13 yaş kateqoriyasında I dərəcəli diploma layiq görülüb.