Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında “Səma” uşaq rəqs ansamblının hesabat konserti keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən konsertdən öncə rəqs ansamblının il sənət mövsümü – dərs ili ərzində qazandığı nailiyyətlərdən danışılıb.

Sonra ansamblın üzvləri Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqslərini də təqdim ediblər. İstedadlı gənc müğənnilərin ifalarında səslənən mahnılar da konsert proqramına xüsusi rəng qatıb.