Dövlət Uşaq Filarmoniyası bu il də ənənəsinə sadiq qalaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Sizi gözləyirik” adlı konsert proqramını təqdim edib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində təşkil olunan konsertdə Uşaq Filarmoniyasının müxtəlif dərnəklərindən 100-dən çox uşaq çıxış edib.

Bir-birindən maraqlı, rəngarəng səhnə geyimləri və gözəl musiqi nömrələri ilə seçilən proqram tamaşaçıların alqışları ilə qarşılanıb. Dövlət Uşaq Filarmoniyasının dərnək üzvləri olan uşaqlar üçün tədris ilinin sənət hesabatı sayılan konsertdə onlar öyrəndiklərini, yeni bacarıqlarını səhnədə tamaşaçılarla bölüşüblər.