Bakı Xoreoqrafiya Akademiyası (BXA) və 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə (1 iyun) həsr olunmuş xeyriyyə konserti keçirilib.

Konserti dinləyənlər arasında Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri, ictimai fəallar, media mənsubları olub.

Bəzi rəqs nömrələri BXA şagirdlərinin və 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi uşaqlarının təqdimatında nümayiş olunub.

BXA şagirdlərinin ifasında təqdim olunan “Naz eləmə”, “Lalələr”, “Sarı gəlin”, “Xarıbülbül”, “Qırmızıpapaq”, “Buratino”, “Pyero”, “Gəlincik”, “Hörümçək” və s. kimi rəqslər tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb.