Mingəçevir şəhər Bübül adına 2 nömrəli Musiqi məktəbində “İnsan hüquqlarının mədəniyyətdə rolu” (#İnsanHüquqlarıAylığı) mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Dünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi, Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsinin 25 illiyi və Ombudsman tərəfindən ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” (18 may – 18 iyun) münasibətilə təşkil edilib.

Məktəbin direktoru Qəzənfər Xabarov və Xalq çalğı alətləri şöbəsinin müdiri Əvəz Məmmədovun mövzu ilə bağlı məruzələri dinlənilib.