İyunun 3-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) müəllim və şagirdlərinin İçərişəhərdə “Heydər Əliyev İli” çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Sevin, Azərbaycan, gül, Azərbaycan!” adlı sərgi və konsert keçirilib.

Tədbir məktəbin rəsm müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Şixəliyevanın təşkilatçılığı və təhsil ocağının nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Leyla Həsənova aparıcılığı ilə gerçəkləşib.

Əvvəlcə qonaqlar MİM şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Əməkdar incəsənət xadimi, rəssam-modelyer Fəxriyyə Xələfova, Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Vüqar Baxışov və başqalarının çıxışları dinlənilib.

Konsert proqramında MİM-in “Səbinə” rəqs kollektivi, xanəndə ixtisası üzrə məzunu Mənzurə Əbdurəhmanova və Xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdlərindən ibarət ansamblı maraqlı ifaları ilə uşaqları sevindirib.

Tədbirin sonunda MİM-in direktoru Əməkdar artist, dosent Əziz Qarayusifli tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirib. Konsert və sərgidə iştirak edən şagirdlərə məktəbin diplomları təqdim olunub.