Xəbər verdiyimiz kimi, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Heydər Əliyev İli” çərçivəsində bölgələrə qastrol səfərinə çıxıb. Səfər regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə həyata keçirilir.

Qocaman sənət ocağı qastrola şair-dramaturq İftixar Piriyevin “Nurlu ömrün anları” mənzum tamaşasının nümayişi ilə mayın 22-də Oğuz rayonunda başlayıb. Ulu öndər Heydər Əliyevin ömrünün parlaq anlarının təcəssüm olunduğu səhnə əsəri mayın 30-da Ağdaş və Göyçay rayon Heydər Əliyev mərkəzlərində, mayın 31-də isə Ucar rayon Heydər Əliyev Mərkəzi və Zərdab rayon Mədəniyyət Mərkəzində nümayiş olunub.

“Nurlu ömrün anları” mənzum tamaşası digər şəhər və rayonlarda da nümayiş olunacaq.