Ağdaş RMİ Ağdaş rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 saylı Gənclər Kitabxana filialının birgə təşkilatçılığı ilə iyunun 6-da “İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) çərçivəsində “İnsan hüquqları və dayanıqlı inkişaf məqsədləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bildirilib ki, insan hüquqları amili Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib. Ulu öndər sivil, dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərti kimi fundamental insan hüquq və azadlıqlarının müdafiəsi zərurətini, ona şərait yaradılmasının vacibliyini həmişə хüsusi vurğulayıb. Heydər Əliyev 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışındаn sonra ölkəmizdə qanunçuluğun təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən elan edib, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlayıb.

***

Ucar rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə şəhər Veteranlar parkında “Hüquqlarını bil və faydalan” mövzusunda informasiya saatı keçirilib. Bildirilib ki, insan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar, müstəqil Azərbaycan Rеspublikаsının ictimai-siyasi həyatında da özünə möhkəm yer tapıb.

***

Göyçay rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" mövzusunda tədbir keçirilib. “İnsan hüquqları aylığı” aksiyası üzrə təşkil edilən tədbirdə qeyd olunub ki, bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.