Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiya Federasiyasının Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə birgə beynəlxalq əməkdaşlıq çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş “Milli Qurtuluş Günü – 30. День Национального Спасения – 30” adlı interaktiv plakat hazırlayıb. Plakatda Azərbaycan və rus dillərində materiallar verilib.

İnteraktiv plakat 3 bölmədən ibarətdir: “Судьбоносный документ. Taleyüklü sənəd”, “Спасение народа. Xalqın xilası” və “Великий спаситель. Dahi xilaskar”.

Birinci bölmədə Milli Qurtuluş Günü haqqında ümumi məlumat, Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası haqqında məqalə yerləşdirilib.

İkinci bölmədə Milli Qurtuluş Gününün əhəmiyyəti haqqında dörd məqalə, müstəqilliyin ilk illərində ölkədəki böhran haqqında məlumatlar toplanıb.

Üçüncü bölmədə isə Ulu öndər Heydər Əliyevin ölkədə vətəndaş müharibəsinin qarşısının alınması, onun siyasi hakimiyyətə qayıdışının Azərbaycanın dinamik inkişafına təsiri haqqında məlumatlar yer alır.

Videoçarxda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Milli Qurtuluş Günü ilə bağlı paylaşımları, “15 İyun gününün Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarından sitatlar verilir, Ümummilli lider Heydər Əliyevin tarixi kəlamları və fotoşəkilləri də nümayiş olunur.

İnteraktiv plakatla https://padlet.com/filivara/m-ll-qurtulu-g-n-30-30-yfv3ehkimo9j8x27 linki vasitəsilə tanış ola bilərsiniz.