Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşası iyunun 9-da növbəti dəfə nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Ər-Toğruldur. Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edəcək. Sanço Pansa rolunu teatrın gənc aktyorlarından Nicat Əli, Dulsineyanı Gültac Əlili, Xidmətçini Zaur Əliyev oynayacaq.

Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Musiqi tərtibatında dahi bəstəkar Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib.