Kuklaçıların peşəkar səhnə vərdişlərinin artırılması və xüsusən ən mürəkkəb kukla texnikası olan marionet kuklalarla işləməyin təkmilləşdirilməsi üçün növbəti kursa start verilib. “Ritual Mobil Teatr Laboratoriyası” marionet kukla texnikası ilə maraqlananlar üçün kurs təşkil edib.

Rusiyalı marionet ustası, rejissor Emmanuil Ovsiannikov tərəfindən dərslər həftənin çərşənbə və şənbə günləri saat 19:00-22:00 arasında həm Azərbaycan, həm də rus dilində keçiriləcək.

8 dərsdən ibarət kurs kuklaların növləri, əl texnikası, marionet kuklalarının hazırlanması və oynadılması kimi mövzuları əhatə edir. Ödənişli olan kurslar peşəkar aktyorlarla bərabər həvəskarlar üçün də nəzərdə tutulub.

İştirakçılar kursun sonunda öz kuklaları ilə kiçik etüd tamaşaları nümayiş etdirmək imkanı qazanacaqlar.