Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun məşhur “Əsrə bərabər gün” romanı əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Səhnə əsərinə teatrın bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verir. Tamaşada altmışa yaxın aktyorun rol aldığı bildirilir.

“Əsrə bərabər gün” tamaşasının premyerasının martda keçirilməsi planlaşdırılır.