İctimai Televiziyada yayımlanacaq “Gündəlik” adlı bədii serialın çəkilişləri yekunlaşıb.

Kinoinfo.az saytı xəbər verir ki, 20 seriyadan ibarət dram janrında olan serialda “Maarif” adlı bir jurnalın əməkdaşlarının ətrafında və onların iştirakı baş verən hadisələr ilə diqqət mərkəzinə gətirilir.

Serialın rejissoru Pərviz Həsənov, ssenari müəllifi Qanturalı, təsvir rejissoru Pərvanə İlham, bəstəkarı Promete, kreativ prodüseri Hüsniyyə Məhərrəmova, prodüseri Vüqar Əliyev, layihənin ideya müəllifi və rəhbəri Şakir Eminbəylidir.

Əsas rollarda İranə Kərimova, Türkay Cəfərli, Rasimə Abbasova, Əliheydər Zeynalov, İqrar Salamov, Elşən Hacıbabayev, Zemfira Əbdülsəmədova, Hüsniyyə Mürvətova çəkiliblər. Bu aktyorlardan əlavə, hər seriyada yeni personajlar yer alır. Onları isə  tanınmış aktyorlar Vidadi Həsənov, Ayşad Məmmədov, Ədalət Əbdülsəməd, Kamran Ağabalayev, şair Aqşin Yenisey, kinoşünas Ayaz Salayev və başqaları canlandırırlar.