Xəbər verdiyimiz kimi, 15 aprel – Dünya İncəsənət Günü yerlərdəki mədəniyyət müəssisələrində də çeşidli tədbirlərlə qeyd edilib.

Ağdam rayon Mədəniyyət Mərkəzi (Quzanlı qəsəbəsi), Quzanlı qəsəbə və Şıxbabalı kənd mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəqs nömrələri nümayiş etdirilib, şeirlər və musiqilər səsləndirilib. Tədbirin sonunda əlamətdar günə həsr olunmuş videoçarx nümayiş olunub.

Quba-Xaçmaz RMİ-nin tabeliyindəki Quba Heydər Əliyev Mərkəzində, Astara rayon Heydər Əliyev Mərkəzində də tədbirlər təşkil edilib.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon Mədəniyyət Mərkəzi solistlərinin ifasında konsert proqramı təqdim olunub.

Əlamətdar günlə bağlı Qazax-Tovuz RMİ-nin əhatə etdiyi bölgələrdə konsert proqramları, rəsm sərgiləri, ekskursiyalar təşkil olunub.

Nurəddin