M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında kamera musiqisi axşamı keçirilib.

Aprelin 23-də gerçəkləşən konsertdə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Üzeyir Məmmədov (violin) və Züleyxa Usubova (piano) maraqlı proqramla çıxış ediblər.

Proqramda L.Bethoven, F.Şubert və Q.Qarayevin sonataları səsləndirilib.

***

Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında daha bir konsert aprelin 25-də gerçəkləşib. Orqan musiqisi axşamında Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovanın bədii rəhbərliyi ilə solistlər – beynəlxalq müsabiqələr laureatları Nigar Məmmədova, Şəfəq Abdullayeva, Aydın Əliheydər və Fidan Rəşidova ifalarını təqdim ediblər.

Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinə yer verilən konsert proqramı alqışlarla qarşılanıb.