Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova: «Həmkarlar İttifaqının fəalları ilə jurnalistlərin oxşar taleyi var»
   
   Fevralın 8-də Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova «Mədəniyyət» qəzetinin redaksiyasında olub, qəzetin kollektivi ilə görüşüb. Söhbət əsnasında əməkdaşların problemləri ilə maraqlanan komitə sədri, eyni zamanda onları maraqlandıran sualları da cavablandırıb.
   
   Qəzetin ünvanına xoş sözlər söyləyən C.Səttarova bildirib ki, Həmkarlar İttifaqının fəalları ilə jurnalistlərin çox oxşar bir taleyi var: «Çünki jurnalistlər həmişə həqiqəti yazırlar, həmkarlar isə həqiqət uğrunda mübarizə aparırlar. Digər qəzetlərdən fərqli olaraq «Mədəniyyət» qəzeti bizə doğmadır. Bu qəzet artıq elə bir səviyyəyə gəlib çatıb ki, hər bir mədəniyyət işçisi burada onu maraqlandıran məlumatı tapa bilir».
   Həmkarların sədri onu da deyib ki, mədəniyyət sahəsində 40 ildən çoxdur çalışır: «Hələ sovet vaxtı bütün mətbu orqanlar bizim himayəmizdə idi. Biz attestasiyanın keçirilməsi, jurnalistlərin yazılarının keyfiyyətinin müəyyən edilməsi, redaksiyalarda jurnalistlərin yeri və rolunun, onların qonorarlarının müəyyənləşdirilməsi kimi proseslərdə iştirak edirdik. Mənim ürəyimdən həmişə belə bir arzu keçirdi ki, mədəniyyət sahəsini işıqlandıran ayrıca bir mətbu orqan olsun və bizim problemlərimizi düzgün və peşəkar səviyyədə oxuculara çatdırsın».
   Bu arzusunun «Mədəniyyət» qəzetinin simasında reallaşdığını deyən C.Səttarova bildirib ki, yaxşılığa doğru gedən yol heç vaxt bitmir: «Mətbu orqan həyatımızın aynasıdır. İstərdim ki, bu qəzet yaxşılardan yaxşı olsun».
   «Mədəniyyət» qəzetinin baş redaktoru Nigar Mənsimli öz növbəsində redaksiyaya gəldiyinə və işçilərin problemləri ilə maraqlandığına görə Cəmilə Səttarovaya təşəkkür edib və xüsusi olaraq bildirib ki, belə görüşlər ümumi işin xeyrinədir. 
   
   FƏXRİYYƏ







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar