Aprelin 19-da Muzey Mərkəzində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin təşəbbüsü ilə təşkil olunacaq konfransda ölkəmizdə mədəni abidələrin və tarixi yerlərin qorunması ilə bağlı görülən işlərdən və həyata keçiriləcək tədbirlərdən söz açılacaq.
   Xatırladaq ki, abidələrin beynəlxalq mühafizəsi gününü 1983-cü ildə UNESCO-nun Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə beynəlxalq şurasının (İCOMOS) assambleyası təsis edib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.