Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan mədəniyyəti: milli meyarlar, dəyərlər, adət-ənənələr, folklor və etnoqrafiyanın qorunması, gənclərə ötürülməsi və beynəlxalq aləmdə tanıdılması” mövzusunda tədbir keçirilib.
   
   “Zirvə” Ziyalılar Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə filologiya elmləri namizədləri Asif Rüstəmli, Firudin Qurbansoy və digərləri çıxış edərək, gənclərin milli ruhda böyüməsində və tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
   Muzeyin foyesində xalq yaradıcılığına aid olan sənətkarlıq nümunələri sərgilənib.
   Xalq artistləri Şəfiqə Eyvazova, Məleykə Əsədova, habelə Arif Əsədullayev, Mehri Əsədullayeva, Yasəf Eyvazov, Nizami Əsgərov və digər incəsənət ustalarının ifasında xalq musiqimizdən nümunələr səsləndirilib.