Mayın 21-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Qaraçöplü Aşıq Musanın 125 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirin aparıcısı filologiya elmləri namizədi Elxan Məmmədli Aşıq Musanın həyat və yaradıcılığı haqqında məlumat verdi. O bildirdi ki, Aşıq Musa XX əsr Azərbaycan aşıq şeirinin görkəmli nümayəndələrindən olub, onun adı Aşıq Ələsgər, Aşıq Hüseyn Saraclı kimi ustad el sənətkarları ilə yanaşı durmağa layiqdir.
   Tədbirdə Aşıq Musanın 125 illiyi münasibətilə işıq üzü görən “Musa eldən aralanmaz” adlı kitab oxuculara təqdim olundu. Kitabın sponsoru Alı Tanrıverdiyev, tərtibçisi Nəriman Əbdülrəhmanlıdır. Kitabda Aşıq Musanın əsərləri ilə yanaşı, onun haqqında məqalələr də yer alıb.
   Tədbirdə Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub, eləcə də bir çox tanınmış aşıqlar iştirak edirdi.